SumgaitLibrary

+994 186520087


Mütaliədən qalmayaq

11.03.2024-cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və kitaba, müyaliəyə marağın artırılması məqsədilə “Mütaliədən qalmayaq” adlı tədbir keçirilib.Kitabxananın əməkdaşı Şeyda Qurbanova kitab oxumağın faydaları haqqında məlumat verib, kitab oxumağa sevgi və vərdişin formalaşdırılması ilə bağlı belə tədbirlərin rolu,kitabxana əməkdaşlarının bu işdə dəstəyindən danışıb. Mövzu ilə bağlı kitabxana əməkdaşlarının hazırladıqları videoçarx izlənilib, gənclər kitabxananın fondunda yer alan maraqlı kitablarla tanış olublar.Sonda tədbir iştirakçılarına Sumqayıt şəhərinin ən gözəl məkanlarını əks etdirən fotoalbom hədiyyə edilib.