SumgaitLibrary

+994 186520087


Məlumat saatı

11.03.2024-cü il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda “Yaşıl dünya naminə həmrəylik ili” başlığı altında təşkil edilən sərgidəki ədəbiyyatlar haqqında 14 saylı məktəbin müəllim və şagirdlərinə məlumat verilib.Kitabxananın əməkdaşı Leyla Hüseynova oxuculara məlumat verərək bildirib ki,bu Sərəncam ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.