SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

12.03.2024 cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 24 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaqlara dair strategiyanın həyata keçirilməsi” üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının icrası ilə əlaqədar olaraq tədbirlər planının 4.4.6-cı bəndinə əsasən “Uşaqların ekoloji sahədə bilgiləri” adlı dəyirmi masa keçirilib.Kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyeva öz çıxışında fəaliyyət planında göstərilmiş bəndlər haqqında məlumat verib, uşaqların ekoloji sahədə maarifləndirilməsi üçün görülən tədbirlər mövzusunda çıxış edib.Sonra şagirdlər “Ətraf mühit və biz” , “Gəlin təbiəti birgə qoruyaq”, “Təbiət həyat rəmzidir”, “Ekoloji maarifləndirmə cəmiyyətin formalaşmasında başlıca amildir” başlıqlı mövzularla cıxış ediblər.Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.