SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

12.03.24-cü il tarixində Gənclər kitabxanasında Azərbaycanın görkəmli dramaturqu, nasiri, şairi Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə “Mənim tanrım gözəllikdir” adlı poeziya dəqiqələri keçirilib.Tədbir sözləri Cəfər Cabbarlıya məxsus olan “Ölkəm” romansının səsləndirilməsi ilə başlandı.Tədbirin aparıcısı Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudova yazarın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verərək qeyd etdi ki, "C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir". Sonra “Mən bir susmaz duyğuyam ki” adlı sərgidə əks olunan kitabların xülasəsini verdi. Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikasının əməkdar artisti, Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru İzaməddin Bağırov dahi dramaturq haqqında fikirlərini söyləyərək Cəfər Cabbarlının “Ana” şeirini səsləndirməsi iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbir Cicimli kənd orta məktəbinin şagirdlərinin şeir ifaları ilə davam etdi.Laçın rayonu Cicimli kənd orta məktəbinin kitabxana müdiri İlhamə Məmmədova tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirdi. Sonda Gənclər kitabxanasının müdir vəzifəsini m.i.e. Leyla Mahmudovanın ifasında “Mənim tanrım” adlı şeiri səsləndirildi.