SumgaitLibrary

+994 186520087


Nağıl saatı

13.03.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupunun iştirakı ilə nağıl saatı təşkil edilmişdir. Kitabxananın multimedia üzrə mütəxəssisi Səbinə Qasımova ilk olaraq uşaqların formalaşmasında, inkişafında nağılların rolu haqqında məlumat vermişdir. Tədbir kitabxana əməkdaşlarının “Qırmızıpapaq” fransız nağılı əsasında hazırladıqları kukla tamaşası ilə davam etmişdir. Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları nağıl-tamaşaya xüsusi rəng qatmış oldu. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqlara gözəl əhval bəxş etdi. Tədbirin sonunda çıxış edən Bikə Qurbanova tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirmişdir.