SumgaitLibrary

+994 186520087


Molla Vəli Vidadi - 315

14.03.2024 – cü il tarixində M.Ə.Sabir adına kitabxana filialı 39 saylı orta məktəbin 7 ç sinifi ilə birgə görkəmli söz ustası Molla Vəli Vidadinin anadan olmasının 315 illiyi münasibətilə tədbir keçirmişdir.Tədbiri giriş sözü ilə açan kitabxanın böyük mütəxəssisi Bəturə Lazımova M.V.Vidadinin ədəbiyyat tariximizdəki yeri, şəxsiyyəti, yatadcıcılığı haqqında şagirdlərə geniş məlumat verdi. O qeyd etdi ki, XVIII əsrdə şifahi xalq şeiri tərzində yazan şairlər içərisində M.V.Vidadi mühüm yer tutur. Vaqifin böyük müasiri olan görkəmli sənətkarın əsərləri dövrün ədəbi mənzərəsini başa düşmək baxımından daha aydın təsəvvür yarada bilir.Vidadinin şeirləri kitab şəklində ilk dəfə 1939–cu ildə nəşr dilmişdir. Həmid Araslı şairin əsərlərini lüğət və şərhlərlə birlikdə 1977 – ci ildə təkmilləşdirilmiş şəkildə çap etdirmişdir.Oxuculara təqdim oluman bi kitab həmin nəşr əsasında çap etdirilmişdir. Tədbirin sonunda şagirdlərə şairin qoşmaları, gəraylıları və bayatılarının bir qismi səsləndirilmişdir.