SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

18.03.2024 cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klub və 64 nömrəli “Novruzgülü” uşaq bağçasının birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan “Elimizə bahar gəlir” adlı ədəbi-bədii gecə keçirilib. Kitabxananın əməkdaşı Mətanət Hacıyeva bu bayramda həyata keçirilən adət-ənənələrimiz haqqında məlumat verib.Körpə fidanların ifasında müxtəlif mahnılar,şeirlər,rəqs nömrələri,səhnəciklər nümayiş olunub. Tədbir iştirakçıları kitabxana əməkdaşlarının təşkil etdiyi “Novruz gəlir,yaz gəlir” başlıqlı sərgi ilə tanış olublar.