SumgaitLibrary

+994 186520087


“Novruzum, baharım, yazım”

18.03.24-cü il tarixində Gənclər kitabxanasında Azərbaycan xalqının qədim adət-ənənələrini əks etdirən milli bayramı olan Novruz bayramı münasibətilə “Novruzum, baharım, yazım” adlı ədəbiyyata açıq baxış keçirildi.Tədbirdə Azərbaycan xalqının qoruyub saxladığı adətlər, mərasimlər, xalq oyunları, milli mətbəxini özündə əks etdirən məlumatlar “Novruz ensiklopediyası”, “Azərbaycan kulinariyası”, “Azərbaycan folkloru”, “Göyər səmənim göyər”, “İlaxır çərşənbələr”,”Bayram mərasim, nəğmələr” və digər kitablarda öz əksini tapmışdır. Ədəiyyata açıq baxışda Gənclər kitabxanasının oxucusu Şəhla Xəlilovanın Novruz bayramı ilə əlaqədar hazırladığı əl işlərinin yer alması bayram ab-havasını tamamlamışdır. Tədbir oxucular tərəfindən maraqla qarşılanmış və sərgilənən kitablarla yaxından tanış olmuşdular.