SumgaitLibrary

+994 186520087


Anım günü

30.03.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları tərəfindən F.Piriyev adına 18 nömrəli tam orta məktəbdə yeddinci sinif şagirdlərinin iştirakı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Qanlı izlərlə yaddaşlaşan tarix” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə ilk olaraq soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova iki yüz ildən artıq bir müddətdə quldur erməni-daşnak birləşmələri və onların havadarlarının xalqımıza qarşı irəli sürdüyü torpaq iddiaları nəticəsində baş verən qətliamlardan, fəlakətlərdən söz açaraq, Azərbaycan xalqına qarşı törədilən soyqırımın səbəbləri, nəticələri, soyqırımın tarixi kökləri və ümummilli lider Heydər Əliyevin erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər haqqında məlumat vermişdir. Sonra o, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara, türklərə qarşı başladıqları soyqırımı siyasətini tarixi faktlarla təsdiqləyən kitab və dövri mətbuat materialları haqqında qısa xülasə vermişdir. 31 Mart soyqırımının öz dəhşətləri ilə tarixin qanlı salnaməsinə çevrildiyini vurğulayan 18 nömrəli tam orta məktəbin ictimai işlər üzrə direktor müavini Könül Allahverdiyeva və kitabxana müdiri Rəfiqə Cavadova ermənilərin zaman-zaman Türk dünyasına, o cümlədən azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan və AzərbaycanRespublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun rəşadəti ilə Vətən müharibəsində qazandığımız qələbə ilə düşmənə verilən layiqli tarixi dərsdən danışmışlar.