SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

31.03.24-cü il tarixində Gənclər kitabxanasında 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Azərbaycan tarixinin mart faciəsi” adlı biblioqrafik xülasə keçirildi.Tədbirdə çıxış edən Gənclər kitabxanasının böyük mütəxəssisi Rəhilə Bağırova 31 mart azərbaycanlıların soyqırımı haqqında danışaraq qeyd etdi ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Sonra eyniadlı başlıqda sərgilənən “Azərbaycanlıların soyqırımı haqqında”, Sadıq Zeynaloğlunun “ Tarixin qan yaddaşı”, Məmməd Səid Ordubadinin “Qanlı sənələr”, Sabir Şaxtaxtının “Soyqırımdan Xocalıya”, Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”, İsmayıl Məmmədovun “Azərbaycan tarixi” və digər kitabların və jurnallarda təsvir edilən məqalələrin xülasəsini vermişdir.