SumgaitLibrary

+994 186520087


Hər kitab bir işıqdır

02.04.2024 cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına 28 nömrəlı məktəbin 3 k sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar “Hər kitab bir işıqdır” adlı tədbir keçirilib. Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kitabxananın böyük mütəxəssisi Səadət Allahverdiyeva ilk öncə kitabın yaranma tarixi haqqında ətraflı məlumat verib.Bu mövzuda hazırlanan videoçarx nümayiş olunduqdan sonra şagirdlər kitab haqqında müxtəlif şeirlər və aforizmlərlə çıxış ediblər.Sonra “Balalara hədiyyə” başlıqlı sərgi haqqında məlumat verilib. Şagirdlərin ifasında “Bir qalanın sirri” filmindən Elşən obrazının kitablarla dostluğu və “Ayna uşaq ensiklopediyası” kitabı ilə “Beşik dəftəri” kitabının söhbəti səhnəcikləri nümayış olunub.Sonda məktəbin müəllimi Nigar Əlili çıxış edərək kitaba, kitabxanaya,mütaliəyə olan marağın artırılmasının bu cür maraqlı təbliğinin vacibliyini qeyd edib.