SumgaitLibrary

+994 186520087


Səhərcik

02.04.2024-cü il tarixində Mərkəzi Uşaq Kitabxanasında 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Nako Edu Klub Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Adı kitab olan möcüzə” adlı səhərcik keçirilmişdir. Kitabxananın multimedia üzrə mütəxəssisi Səbinə Qasımova uşaqları bayram münasibətilə təbrik etdikdən sonra onlara məqsədi balacaları son illərdə müxtəlif nəşriyyatların rəngarəng, nəfis tərtibatla nəşr etdiyi uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizi aşılamaq, kitab mədəniyyətinə cəlb etməkdən ibarət olan bu günün maraqlı tarixi haqqında qısa məlumat vermiş, kitabla bağlı müdrik kəlamlar söyləmiş, tapmacalarla balacaları sual-cavab etmişdir. Sonra Səbinə Qasımova böyük mütəxəssis Nəzakət Əliyeva ilə birgə “Qırmızıpapaq” fransız nağılı əsasında hazırladıqları kukla tamaşasını təqdim etmişdir. Daha sonra uşaqlar Xanım Mehdixanlının “Kitabların söhbəti” hekayəsi və Nuranə Rəfaelqızının “Əlisanın kitabları” şeiri əsasında hazırladıqları səhnəcikləri nümayiş etdirmiş, “Nağıllara inan” mahnısı ifa etmişlər. Sonda çıxış edən Nako Edu Klub Tədris Mərkəzinin müəllimi Humaq Quliyeva tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirmişdir.