SumgaitLibrary

+994 186520087


Anım günü

04.04.2024-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları Aprel döyüşlərinin səkkizinci ildönümü ilə əlaqədar Sumqayıt şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Aprel döyüşlərində şəhid olan oğulların qəhrəmanlıqlarından bəhs edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət etsin.