SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

06.04.24-cü il tarixində Gənclər Kitabxanasında 7 aprel “Ümumdünya sağlamlıq günü” ilə əlaqədar informasiya saatı keçirildi.Tədbirin əvvəlində kitabxananın müdir v.m.i.e Leyla Mahmudova bu günün yaranması tarixi haqqında tədbir iştirakçılarına məlumat verərək, qeyd etdi ki, həmin günün məqsədi gənclər arasında sağlam vərdişlərin yayılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, alkoqollu içkilər və narkotik vasitələrin zərəri barədə məlumatlandırma və sair kimi məsələlər daxildir. Biz də Gənclər kitabxanası olaraq məqsədimiz sizi maarifləndirmək və fondumuzda öz əksini tapan səhiyyə, tibb, sağlamlıqla bağlı sizə gərəkli ola biləcək ədəbiyyatlar haqqında məlumat verməkdi. Sonra tibbə aid kitabları özündə əks etdirən “Sağlam cəmiyyət və sağlam həyat naminə” və “7 aprel Ümumdünya sağlamlıq günü” başlıqları ilə sərgilənən kitablar haqqında oxuculara məlumat verdi. Sərgi-guşə oxucular tərəfindən maraqla qarşılandı.