SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

08.04.2024 cü il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 28 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycanın görkəmli siyası və dövlət xadimi M.Ə.Rəsulzadənin 140 illiyi ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndilrilib,torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın əməkdaşı Şeyda Qurbanova dahi şəxsiyyətin həyatı,fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.Sonda M.Ə.Rəsulzadənın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və kitabxanada təşkil olunan "Bir daha yüksələn bayraq, bir daha enməz" başlıqlı sərgi haqqında məlumat verilib.