SumgaitLibrary

+994 186520087


Kitab müzakirəsi

08.04.2024-cü il tarixində Gənclər kitabxanasında 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdlərinin iştirakı ilə görkəmli yazıçı, dramaturq Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə “Müsibəti Fəxrəddin” əsərinin müzakirəsi keçirildi. Tədbirdə çıxış edən Gənclər kitabxanasının müdiri vəzifəsini m.i.e. Leyla Mahmudova Nəcəf bəy Vəzirovun həyatı və yaradıcılığı haqqında məlumat verərək qeyd etdi ki, Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş,əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdi.Sonra yazıçının kitablarından ibarət “Bizim yubilyarlar” adlı sərgi ilə tədbir iştirakçılarını tanış etdi. Tədbir 5 saylı tam orta məktəbin şagirdlərinin əsərin qısa məzmununu danışıb təhlil etmələri ilə davam etdi. Tədbirdə qonaq qismində iştirak edən Azərbaycanın əməkdar müəllimi Elmira Allahverdiyeva əsərin təhlili boyu iştirakçılara suallar ünvanlayaraq kitabın müzakirəsində maraqlı fikirlər səsləndirdi. Sonda çıxış edən 5 saylı tam orta məktəbin kitabxana müdiri Şirin Abdullayeva tədbirin təşkilinə görə kitabxana əməkdaşlarına təşəkkür etdi.