SumgaitLibrary

+994 186520087


Ekskursiya

09.04.2024-cü il tarixində S. Vurğun adına Mərkəzi Kitabxanaya Abşeron rayon Novxanı qəsəbəsi 2 nömrəli kənd orta məktəbinin müəllim və şagird kollektivi ekskursiya etdilər.Ekskursiya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil edilmişdir. İlk olaraq şagirdlər kitabxananın “Kitabişləmə və komplektləşdirmə şöbəsi”, “İnformasiya-resurs şöbəsi”, “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi”, oxuculara xidmət şöbələri ilə tanış oldular. Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə kitabxana işi, şöbələrin fəaliyyəti haqqında məlumat verildi. Sonra Oxu zalında təşkil olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” adlı sərgi ilə tanış oldular, xidmət şöbəsinin müdiri Əsgərova Nailə sərgi haqqında şagirdlərə məlumat verdi.