SumgaitLibrary

+994 186520087


Anım günü

09.04.2024-cü il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları Aprel döyüşlərinin səkkizinci ildönümü ilə əlaqədar Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 5 nömrəli tam orta məktəbin şagirdləri Aprel şəhidlərinə həsr etdikləri kompozisiya ilə çıxış etdilər. Aprel şəhidi ƏbdülMəcid Axundovun anası Ceyran xanım Həsənova Aprel şəhidlərinin qəhrəmanlıqlarından, keçdikləri döyüş yollarından söhbət açdı, şagirdlərə dərslərində uğurlar, vətənpərvər olmağı, şəhidlərimizi heç vaxt unutmamağı tövsiyyə etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin.