SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

09.04.24-cü il tarixində Gənclər kitabxanasında Ramazan bayramı münasibətilə “11 ayın sultanı” adlı biblioqrafik xülasə keçirildi.Tədbirdə çıxış edən Gənclər kitabxanasının böyük mütəxəssisi Rəhilə Bağırova Ramazanın fəziləti haqqında danışaraq qeyd etdi ki, Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Sonra kitabxananın fondunda mövcud olan dini kitabları özündə əks etdirən “İslam dünyasının dostluğu və birliyi adlı sərgidəki kitabların xülasəsini verdi. Ziya Bünyadovun “Dinlər və təriqətlər”, Serdar Gülərin “Sual və cavablarla oruc”, Namiq Abuzərov “Təmizlik mədəniyyəti”, Rafiq Əliyev “İslam”, “İslamda ailə və nikah münasibətləri”, Fazil Qaraoğlu “Peyğəmbərimiz Hz.Məhəmmədin həyatı”, Qoçər S. “Peyğəmbərimizin ramazanı” adlı kitabların xülasəsi oxucular tərəfindən maraqla qarşılandı.