SumgaitLibrary

+994 186520087


Əyləncə saatı

18.12.2016-cı il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Yeni il suvenirləri” adlı əyləncə saatı keçirilmişdir. Tədbirdə Nazilə Salmanova uşaqlara yeni ilin gəlişi ilə əlaqədar rəngli kağızlardan müxtəlif formada oyuncaqların hazırlanması prosesini göstərdi. Uşaqların hər biri öz bacarığını nümayiş etdirərək yeni il oyuncaqları hazırladılar.Tədbirdə oxucuların müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət “Bizim rənglər dünyamız” adlı sərgi nümayiş etdirildi.